İsrailin “Hizbullah”a qarşı Livanda keçirdiyi peycer əməliyyatı bütün dünyada təəccüblə qarşılanıb.
Baş verən partlayışlardan sonra tanınmış ekstrasens Zirəddin Rzayevin bununla bağlı 2017-ci ildə verdiyi proqnoz üzə çıxıb. “Bu, ABŞ və Böyük Britaniyanın fəaliyyətinin nəticəsidir. Görürəm ki, onlar yeni silah icad ediblər – peykin və okeanın köməyi ilə təyyarələri məhv edirlər. Bu, hədəflənmiş məhvetmədir, terror aktı deyil. Terrorçu adlandırılanlar əslində ABŞ və bütövlükdə Qərbin tanınmamış ordusudur. Onlar hər yerdə vuruşurlar”, – ekstrasens 7 il öncəki proqnozda bildirib.
BUTA.TV xəbər verir ki, Zirəddin Rzayev Globalinfo.az-a aıqlamasında deyib ki, hələ illər öncə Qərbin sputnik və digər dalğalarla təyyarələri məqsədyönlü şəkildə qəzaya uğradacağını açıqlamışdı.
O, İranın mərhum Prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində həlak olması məsələsinə də toxunub:
“Bu gün Livanda partlayan peycerlərin və digər elektron cihazların təyyarələr üçün təhlükəli olduğunu artıq dünya mətbuatı da gündəmə gətirir. Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin də peycerdən istifadə etməsi yayılan fotolarda öz əksini tapıb. Helikopterin qəzaya uğramasının səbəbləri isə hələ də mübahisə və şübhə doğurur. Bu gün baş verən hadisələr həqiqətən də mənim 4 yanvar 2017 ildə verdiyim açıqlamaların sübutudur”.
- DİN Xırdalandakı görüntülərlə bağlı açıqlama yaydı - VİDEO
- “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun!” - Tahir Kərimli
- “Paşinyanın əsli bizim rayondandır, onu görsəm...” - Misir Mərdanov
- “Yeni nəsillər də bizi buna görə tənqid edəcəklər” - Hikmət Hacıyev
- İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır
- Bu müəllimlər “tapşırıqla” işə düzəldikləri üçün imtahandan kəsildi – Şok AÇIQLAMA
- İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ
- Süni intellekt Putinin ölüm ilini proqnozlaşdırdı