Avqustun 19-da Siciliya sahillərində qəzaya uğrayan Bayesian yaxtasının göyərtəsində Qərb kəşfiyyat xidmətləri ilə bağlı məxfi məlumatlar ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yaxtanın su keçirməyən seyfləri ola bilərdi ki, orada gizli məlumatlar olan iki super şifrəli disk saxlanılır. Bu məlumatlar dünya üzrə kəşfiyyat orqanları üçün maraqlı ola biləcəyi üçün dalğıclar gəminin qalıqlarının təhlükəsizliyini gücləndirməyi xahiş ediblər.
Bildirilib ki, əvvəlcə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları oğruların yaxtadan qızıl-zinət əşyaları və digər qiymətli əşyaları oğurlamağa cəhd edə biləcəyindən ehtiyat ediblər. Lakin indi onları daha çox məxfi məlumatların təhlükəsizliyi narahat edir. Dalğıclar səlahiyyətlilərdən gəminin təhlükəsizliyini gücləndirməyi və digər məsələlərlə yanaşı, sualtı müşahidə sistemindən istifadə etməyi xahiş ediblər.
- Zukerberq Bezosu geridə qoydu - Milyarderlər SİYAHISI
- Prezident şok faktı açdı: Bizi hədələmək üçün...
- Prezidentdən xəbərdarlıq: “Dayandırın bu oyunları!”
- “Direktorların başı pul yığmağa qarışdığı üçün şagirdlər bir-birini bıçaqlayır”
- İsrailin planı: Bu üç ölkə parçalanır, yeni dövlətlər yaranır - Proses başladı
- Yaşlı icra başçıları yola salınır: Yeni model belə olacaq
- Metroda sərnişin qatarın altına düşüb öldü
- Məktəblilər Rəşad Dağlının yolu ilə gedir? - “Onu qəhrəman edən kütlə...”