İsrailli siyasətçi Gideon Saar müdafiə naziri vəzifəsindən imtina etdiyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Onun sözlərinə görə, bu vəzifə İsrailin Baş naziri Binyamin Netanyahu tərəfindən ona təklif edilib.
Nəşr iddia edib ki, Saar bir həftə öncə həmin vəzifəni tutmağa razılaşıb. Lakin son günlər Livan-İsrail sərhədində başlayan gərginliyin kəskin artmasından sonra qərarını dəyişib.
“Mən həmişə İsraili gücləndirəcəyəm və heç vaxt onu zəiflədənlər arasında olmayacağam”, - Saar bildirib.
Qeyd edək ki, Saar İsrailin Baş naziri Binyamin Netanyahunun Likud Partiyasının keçmiş üzvüdür və hazırda Yeni Ümid siyasi platformasının sədridir. Sentyabrın 16-da “Ynet” portalı adı açıqlanmayan mənbələrə istinadən Likud Partiyasının nümayəndələrinin müdafiə naziri kimi hökumət kabinetinə daxil olması üçün Saar ilə danışıqlar apardığını yazmışdı.
Saar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı radikal hücumundan sonra fövqəladə hökumətə qoşulub, lakin hərbi kabinetə təyin edilməzdən əvvəl martın sonunda istefa verib.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi