Məşhur "CBS Sports" telekanalında yayımlanan verilişdə maraqlı bir hadisə yaşanıb.
BUTA.TV Rekord.az-a istinadən xəbər verir ki, tanınmış aparıcı Keyt Abdo daimi ekspertlər Ceymi Karraqer və Mayka Riçardsa bu il Avropa Liqasında oynayan klubların ölkələrini tapmağı təklif edib.
Suallardan biri "Qarabağ"la bağlı olub. "Bu klub hansı ölkəni təmsil edir?" sualına 3 cavab variantı verilib: Gürcüstan, Qazaxıstan, Azərbaycan. Riçards cavabı doğru tapıb, Karrager isə Gürcüstanın adını çəkib.
Sonda digər ekspert Tyerri Anri klubumuz haqda məlumat verib, təmsilçimizin Birinci Qarabağ müharibəsi zamanı doğma Ağdamdan didərgin düşdüyünü və oyunlarını paytaxt Bakıda keçirdiyini qeyd edib.
- Tiflisə getmək istəyənlərə daha bir sevindirici xəbər
- 39 yaşlı qadın narkotikə görə saxlanıldı - Video
- Ölkəmizə görünməyən hücumlar: hər saat olur… - Çağırş
- Sığorta ödənişləri ilə bağlı dəyişiklik...
- Tramp Türkiyədədir - Ərdoğan şəxsən qarşıladı - Yenilənib
- Tiflisdən Fatimənin qətli ilə bağlı açıqlama
- 20 manatlıq bu rüsum ləğv edilir
- Generala yüksək vəzifə verildi