Rusiya kəşfiyyat orqanları ABŞ-a qarşı casusluq əməliyyatları keçirmək üçün Meksikadakı mövcudluğunu artırır. bu, Soyuq müharibə taktikasına qayıdışdır.
BUTA.TV xəbər verir ki, bu barədə "NBC Nyus" ABŞ rəsmilərinə və keçmiş kəşfiyyatçılara istinadən məlumat yayıb.
"Rusiya son bir neçə ildə Mexikodakı səfirliyinə onlarla işçi əlavə edib, baxmayaraq ki, Moskva bu ölkə ilə yalnız məhdud ticarət əlaqələrinə malikdir. ABŞ rəsmiləri bu tendensiyanın narahatlıq doğurduğunu deyir və hesab edirlər ki, kütləvi toplanma ABŞ-a qarşı kəşfiyyat əməliyyatlarını və onun Vaşinqton və Kiyev arasında münasibətləri pozmağa yönəlmiş təbliğat səylərini gücləndirmək məqsədi daşıyır", - məlumatda bildirilir.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Bayden administrasiyası hətta bu məsələni Meksika hökuməti qarşısında qaldırmağa məcbur olub.
Məsələ ilə bağlı MKİ şefi Uilyam Berns bunları deyib:
"Bu qədər rus kəşfiyyatçısı Avropadan qovulub. Belə ki, onlar hərəkət edə biləcəkləri yerlər axtarırlar".
Qeyd edək ki, II Dünya müharibəsindən sonra ABŞ-la Rusiya arasında illərlə davam edən Soyuq müharibədə ikincilər daha çox Kuba ərazisindən istifadə ediblər.
- Bu poliqonda doyüş sursatları məhv ediləcək – MN
- Rusiyanın 42 silah anbarı PUA-ların hədəfindədir
- 942-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Əməliyyatlarımızla bağlı Qərbə hesabat veririk - Umerov
- Donetskdə şiddətli döyüşlər: ruslar buranı işğala hazırlaşır
- Rusiyanı məğlub etmək istəyənlər tarixə baxsınlar - Şröder
- Soyuq müharibə taktikası: Rusiya yenə bu yola əl atdı
- Soyuq şorbalar niyə təhlükəlidir? – Açıqlama