Rusiya üçün xüsusi hərbi əməliyyatda qələbəyə alternativ yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Müharibə gedir. Onlar bizimlə döyüşürlər. Onlar bizimlə kollektiv şəkildə vuruşurlar, qarşımızda kollektiv düşmən var. Onlar açıq şəkildə deyirlər ki, məqsədləri Rusiyanı strateji və taktiki cəhətdən məğlub etməkdir. Bu, bizi onların bu mövqeyinə çox ciddi yanaşmağa, fəaliyyətimizi bu təhlükəni nəzərə alaraq qurmağa və bütün məqsədlərimizə çatmaq, qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirmək və qələbə qazanmaq üçün xüsusi hərbi əməliyyatı davam etdirməyə məcbur edir”, - Peskov bildirib.
- Bakı-Tiflis qatarında ciddi qiymət endirimləri... - Rəsmi
- Tiflisə getmək istəyənlərə daha bir sevindirici xəbər
- 39 yaşlı qadın narkotikə görə saxlanıldı - Video
- Ölkəmizə görünməyən hücumlar: hər saat olur… - Çağırş
- Sığorta ödənişləri ilə bağlı dəyişiklik...
- Tramp Türkiyədədir - Ərdoğan şəxsən qarşıladı - Yenilənib
- Tiflisdən Fatimənin qətli ilə bağlı açıqlama
- 20 manatlıq bu rüsum ləğv edilir