Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
BUTA.TV müraciətin mətnini təqdim edir:
“Piyadavurma hadisələrinin sayının azaldılması sürücülərlə yanaşı, həm də piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından birbaşa asılıdır.
Yol saldığımız həftə ərzində 6 nəfərin həyatını itirməsi, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən 9 piyadavurma hadisəsi qeydə alınıb ki, həmin hadisələrin mütləq əksəriyyəti sutkanın qaranlıq vaxtına təsadüf edib.
Sözsüz ki, bu nəticənin formalaşmasında yolun işıqlandırılması, yol infrastrukturun piyadalar üçün rahat və əlçatan olması kimi amillər də rol oynayır. Lakin yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi, bir sözlə öz həyat və sağlamlıqlarına qarşı aşkar biganəlik nümayiş etdirməsi sonda acı nəticələrə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarını həyati vacib norma olaraq qəbul etməyə və hərəkət zamanı şəxsi məsuliyyət hissini unutmamağa çağırır!”
- Nərimanov RİH bu şirkəti aldadıb: Torpaq sahəsini vermirlər
- Xocalıda qumbara partladı: yaralı var
- TDT-nin Şimali Kiprlə bağlı mənfi mövqeyi... - Yıldırım
- ABŞ Rusiya və Ukrayna arasında vasitəçilikdən niyə imtina etdi?
- "Texnofest" yenidən Azərbaycanda keçirilə bilər - Bayraqdar
- Azərbaycanlıları qovdunuz, indi utanmadan Putinə yalvarırsız...
- Netanyahunun Bakı səfəri: 30 il öncə Əliyevlə nə danışıb?
- UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatdı