Türk dövlətində yeni qadağa: Onlar ölkəyə buraxılmayacaq

09:46 - 23 Sentyabr 2024 - GÜNDƏM

 Türk dövlətində yeni qadağa: Onlar ölkəyə buraxılmayacaq

Özbəkistan parlamenti bu dövlət və xalqı haqqında uyğunsuz danışan əcnəbilərin ölkəyə girişinə qadağa qoyan qanun layihəsini qəbul edib.

BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Əcnəbilərin statusu haqqında qanun”a düzəliş olunub.

Dəyişikliyə əsasən, xalqın ləyaqətini alçaldan və Özbəkistan haqqında nalayiq ifadələr işlədən şəxslərin 5 il ərzində ölkəyə girişinə qadağa qoyulacaq. Həmin şəxslər ölkəyə daxil olduqları zaman “arzuolunmaz şəxs” elan edilərək deportasiya olunacaqlar.

Məluamat görə, Özbəkistanın suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə zidd çıxışlar edən, habelə dövlətlər arasında sosial, milli və dini düşmənçiliyə səbəb olan, şərəf, ləyaqət və ya tarixi alçaldan çıxışlar edən xarici ölkə vətəndaşlarının siyahısı tərtib olunacaq. Bu şəxslər ölkəyə buraxılmamaqla yanaşı, Özbəkistanda hesab aça və pul transferi həyata keçirə də bilməyəcəklər.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Lakin həmin şəxslər bu addımları əsaslandırıb səbəbini ortadan qaldıqdan sonra adlarının siyahıdan silinəcəyi açıqlanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol