Cənubi Koreyada yayımlanan “Perfect family” (Mükəmməl ailə) adlı məşhur serialda Azərbaycanla bağlı detal sosial şəbəkələrdə maraqla qarşılanıb.
Kult.az Globalinfo.az-a istinadla xəbər verir ki, serialda baş rollardan biri dünyadan görmək istədiyi yerlər arasında Heydər Əliyev Mərkəzinin də olduğunu deyib.
O, yaşlanmadan öncə bir çox yeri görmək istədiyini, onlardan birinin Azərbaycanda yerləşən Heydər Əliyev Mərkəzi olduğunu bildirib.
Sözügedən kadrlar sosial şəbəkələrin Azərbaycan seqmentində maraqla qarşılanıb.
Qeyd edək ki, serial Cənubi Koreyada 14 avqust – 19 sentyabr 2024-cü il tarixlərində yayımlanıb və yüksək reytinq qazanıb.
Görüntüləri təqdim edirik:
- Rəqəmsal səyyahlara müjdə
- Zakir Həsənov onları təltif etdi
- “İdmançı meydana cəngi sədaları altında yox, mərsiyə ilə çıxır”
- Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
- Buna görə cərimələr müəyyənləşir
- Sabah intensiv yağış yağacaq
- Tiflisə qatarla getmək istəyənlərə şad xəbər
- Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı