2026-cı ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11899,4 milyon manatlıq, o cümlədən 6516,6 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 5382,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
“BUTA.TV” xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 4,0 faiz, o cümlədən ərzaq malları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,9 faiz artıb.
“BUTA.TV”nu yeni instaqram səhifəsində izləyin!
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 4,9 faiz artıb.
İstehlak məhsullarının 38,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.
- Azərbaycan yeni aldığı qırıcıları havalandırdı - Video
- Partlayışda ölən qız imtahandan yüksək bal toplayıbmış - Foto
- Rusiya tarix boyu Qafqazı hərbi istehkam kimi qiymətləndirib...
- Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü
- Bir ailənin 3 üzvünün öldüyü qəza ilə bağlı cinayət işi açıldı
- “Arazın sahilində” ekoloji təmizlik aksiyası keçirildi
- Bakının 2 rayonunda işıq olmayacaq
- ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video