Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.
Partlayış zamanı 1 nəfərin yüngül xəsarət aldığı bildirilir.
Hadisə yerinə FHN-in əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri qırılıb, nəticədə binanın qarşısında dayanmış VAZ-2107 markalı avtomobilə ziyan dəyib.
Araşdırma aparılır.
- Tramp Türkiyədədir - Yenilənir
- Tiflisdən Fatimənin qətli ilə bağlı açıqlama
- 20 manatlıq bu rüsum ləğv edilir
- Generala yüksək vəzifə verildi
- Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
- Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
- Rəqəmsal səyyahlara müjdə
- Zakir Həsənov onları təltif etdi