Rusiya donanmasının yeganə aviadaşıyıcısı “Admiral Kuznetsov” səkkiz ildir ki, döyüş növbətçiliyində deyil.
BUTA.TV xəbər verir ki, bu barədə “Forbes”in analitiki Devid Eks məlumat verib.
Eks 39 yaşlı “Admiral Kuznetsov”un heç vaxt dənizə qayıtmayacağını bildirib:
“2018-ci ilin oktyabrında təyyarədaşıyan gəmi təmirdə olan zaman qəzaya uğradı. 2019-cu ilin dekabrında isə gəmidə yanğın baş verdi. Donanma rəhbərliyi zədələnmiş gəminin istismardan çıxarılması məsələsinə baxdı, lakin sonra onu təmir edib modernləşdirməyə qərar verdi. “Admiral Kuznetsov”un 2022-ci ildə dənizə qayıtması planlaşdırılırdı. Lakin 2022-ci ilin dekabrında gəmidə növbəti yanğın baş verdi. Gəmi səkkiz ildən sonra ilk dəfə yazda Murmansk limanını tərk etməli idi. Lakin hələ də oradadır. İstənilən başqa donanma köhnəlmiş gəmini istismardan çıxarıb yerində yenisini inşa edə bilərdi. Lakin Rusiya sənayesinin “Admiral Kuznetsov”u əvəz edə biləcək gücü yoxdur”.
Onun sözlərinə görə, aviadaşıyıcının dənizçiləri orduya cəlb olunaraq, Ukraynaya döyüşməyə göndərilib.
Rusiyanın Perm Universitetinin hərbi eksperti Pavel Luzin “Admiral Kuznetsov”un əsas probleminin mühərrik olduğunu deyib:
“Sovet donanmasının böyük gəmi mühərriklərinin əksəriyyətini Ukrayna zavodları inşa edirdi. İndi ukraynalılar artıq bu mühərrikləri Rusiyaya ixrac etmirlər və ruslar da oxşar avadanlıqların istehsalını qurmaqda çətinlik çəkirlər”.
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər