MM-in yeni vitse-spikeri Fariz İsmayılzadə kimdir?

12:16 - 23 Sentyabr 2024 - GÜNDƏM

 MM-in yeni vitse-spikeri Fariz İsmayılzadə kimdir?

Xəbər verdiyimiz kimi, bu gün keçirilən VII çağırış Milli Məclisin ilk iclasında spiker və vitse-spikerlər seçiləcək.

BUTA.TV xəbər verir ki, seçiləcək vitse-spikerlər arasında bitərəflərin təmsilçisi Fariz İsmayılzadə də var.

Fariz Akif oğlu İsmayılzadə 1978-ci ilin sentyabrın 2-də Lənkəranda anadan olub.

1996-2000-ci ildə Qərb Universitetinin Beynəlxalq münasibətlər fakültəsində politologiya ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə ABŞ-ın Vaşinqton Universitetində sosial və iqtisadi inkişaf ixtisası üzrə magistr təhsili alıb.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

2013-2015-ci illərdə İspaniyanın Madrid şəhərindəki Beynəlxalq Biznes Məktəbini "Ekzekyutiv MBA" ixtisasi üzrə bitirib, ardınca Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsil alaraq, 2021-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.

Fariz İsmayılzadə 2003–2005-ci illərdə Beynəlxalq Miqrasiya Təşkilatında müxtəlif qısamüddətli layihələrdə koordinator və menecer vəzifələrində çalışıb. 2006-cı ildə ADA Universitetinin prorektoru təyin edilib.

Bundan başqa, Avropa Birliyi üzrə Bilik Mərkəzinə, Xəzər Enerji və Ətraf Mühit Mərkəzinə və İnkişaf və Diplomatiya İnstitutuna rəhbərlik edib.

Fariz İsmayılzadə Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib.

Azərbaycan Milli Təhsil Strategiyası işçi qrupunun üzvü (2012-ci il), Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə, 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilib.

Fariz İsmayılzadə 2024-cü ilin sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində 60.1 faiz səs toplayaraq, 77 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçilib.

Xatırladaq ki, Fariz İsmayılzadə keçmiş deputat Hadı Rəcəblinin bacısı oğludur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol