İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində böyük dərəcədə öz hərbi gücümüzü artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, xüsusi təyinatlı qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni xüsusi təyinatlı qüvvələr, komanda qüvvələri yaradıldı və onların da say tərkibi ildən ilə artır və artacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
Ordumuzun döyüş qabiliyyətinin artdığını, texnika ilə təchizatın lazımi səviyyədə təmin edildiyini və ediləcəyini vurğulayan dövlətimizin başçısı bildirib:
“Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq”.
- Tiflisdən Fatimənin qətli ilə bağlı açıqlama
- 20 manatlıq bu rüsum ləğv edilir
- Generala yüksək vəzifə verildi
- Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
- Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
- Rəqəmsal səyyahlara müjdə
- Zakir Həsənov onları təltif etdi
- “İdmançı meydana cəngi sədaları altında yox, mərsiyə ilə çıxır”