Yeni Azərbaycan Partiyasından deputat seçilmiş Ziyafət Əsgərov Milli Məclis sədrinin müavini olub.
BUTA.TV xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzakirəyə çıxarılıb.
Qeyd edək ki, indiyədək Milli Məclis sədrinin 3 müavini (birinci müavin və 2 müavin) seçilirdi. İlk dəfə olaraq spikerin 4 müavini bu gün seçilib.
Beləliklə, hakim Yeni Azərbaycan Partiyası parlamentin sədri (Sahibə Qafarova), birinci vitse-spiker (Əli Əhmədov) və vitse-spiker (Ziyafət Əsgərov) vəzifələrini əldə edib. MM sədrinin digər iki müavini isə parlamentdəki azlığı (Rafael Hüseynov, VHP) və bitərəfləri (Musa Qasımlı) təmsil edir.
Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hüquq elmləri namizədi, professordur.
1990-cı ildən Bakı Dövlət Universitetində Konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, Hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 2000-ci il noyabrın 24-dən parlament sədrinin müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışıb.
Z.Əsgərov VI çağırış parlamentə seçildə də, vitse-spiker vəzifəsini tutmamışdı.
- BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!
- Əbu-Dabi görüşünə Rusiyadan daha bir reaksiya
- İranda yeni proses: federasiya yaranır, Təbriz paytaxt olur...
- İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni açıqlama
- Prezidentdən BƏƏ səfəri ilə bağlı paylaşım - Video
- Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto