Xəbər verdiyimiz kimi, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin sədri seçilib.
BUTA.TV xəbər verir ki, VI çağırış Milli Məclisdə Fazil Mustafa Mədəniyyət komitəsinin sədri idi (Qənirə Paşayeva dünyasını dəyişənə qədər Fazil Mustafa bu komitədə sədrin müavini vəzifəsini tuturdu).
Qeyd edək ki, parlament azlığı içərisində komitə sədri seçilən yeganə şəxs Fazil Mustafadır. Fazil Mustafanın sədri olduğu BQP parlamentdə yalnız bir deputat yeri qazana bilib.
Parlamentdə bu seçkilərdə 3 mandat qazanan partiya Vətəndaş Həmrəyliyi, (nümayəndəsi Rafael Hüseynov vitse-spiker seçildi), iki mandat qazanan isə ƏHD-dir (partiya sədri Qüdrət Həsənquliyev və müavini Elçin Mirzəbəyli).
- Rəqəmsal səyyahlara müjdə
- Zakir Həsənov onları təltif etdi
- “İdmançı meydana cəngi sədaları altında yox, mərsiyə ilə çıxır”
- Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
- Buna görə cərimələr müəyyənləşir
- Sabah intensiv yağış yağacaq
- Tiflisə qatarla getmək istəyənlərə şad xəbər
- Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı