Azərbaycan Dillər Universitetində dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Quacquarelli Symonds”un (QS) regional direktoru Sergey Xristolyubovla görüş keçirilib.
BUTA.TV xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonağı salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.
Rektor ADU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, dünya standartlarına uyğunlaşdırılması, rəqabət qabiliyyətliliyinin artırılması, qarşıda duran hədəflər, universitetin son illərdə beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlərdən və perspektivlərdən danışıb. Qeyd olunub ki, beynəlxalq əlaqələrin qurulmasında və yeni elmi tərəfdaşlığın inkişaf etdirilməsində bir sıra layihələr həyata keçirilir.
Bildirilib ki, ADU-da tədris olunan beynəlxalq dillərə həm yerli, həm də xarici tələbələr böyük maraq göstərir.
QS regional direktoru Sergey Xristolubov dünyada ali təhsil xidmətləri sahəsində tanınan QS agentliyinin fəaliyyəti, eləcə də beynəlxalq səviyyəli keyfiyyət nişanı olan “QS Stars” haqqında məlumat verib.
QS reytinqlərində Azərbaycan universitetlərinin də potensialının təhlil olunduğunu qeyd edən regional direktor onların müxtəlif parametrlər üzrə irəlilədiyini, eləcə də ADU-nun son dövrlər bu yöndəki uğurlarını yüksək qiymətləndirib, bunun davamlı olacağına inandığını söyləyib.
Görüş elmi əməkdaşlıq ətrafında aparılan müzakirələrlə davam edib.
- Rəqəmsal səyyahlara müjdə
- Zakir Həsənov onları təltif etdi
- “İdmançı meydana cəngi sədaları altında yox, mərsiyə ilə çıxır”
- Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
- Buna görə cərimələr müəyyənləşir
- Sabah intensiv yağış yağacaq
- Tiflisə qatarla getmək istəyənlərə şad xəbər
- Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı