2024-cü ilin sentyabr ayının ikinci ongünlüyündə Azərbaycanda havanın temperaturu iqlim normasından 5.2 dərəcə yüksək olub.
BUTA.TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O bildirib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 və 13 sentyabr tarixlərində 31 dərəcə isti, bölgələr üzrə isə 12 sentyabr tarixində Naxçıvan MR-da 37 dərəcə isti müşahidə olunub.
N.Mahmudovun sözlərinə görə, sentyabr ayının ikinci ongünlüyündə əksər bölgələrdə hava şəraiti yağmursuz keçsə də, əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağıntılı hava şəraiti müşahidə edilib və ümumi olaraq bölgələr üzrə 8 gün yağıntılı keçib:
"Ən çox yağıntı isə aylıq normanın 70 faizi qədər Balakən-Şəki bölgəsinə düşüb. 13 sentyabrda Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağması müşahidə olunub".
N. Mahmudov qeyd edib ki, sentyabr ayının ikinci ongünlüyünün bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq sarı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 1 gün, bölgələrdə isə 9 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 16 m/s, bölgələrdə isə 21 m/s-dək güclənib.
- Elçin Əmirbəyov Meksika Senatında - Foto
- Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək
- Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək
- Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi
- Hərbçilərimiz KURTARAN təlimlərində iştirak etdi
- Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi
- Azərbaycan və Küveyt arasında birgə bəyannamə imzalandı
- Ərdoğanla Netanyahunun Bakıda mümkün görüşü... - Zülfüqarov