Xəbər verdiyimiz kimi, bu gün VII çağırış Milli Məclisin ilk iclasında parlamentin spiker və vitse-spikerləri, komitə sədrləri və müavinləri seçilib. İclasda diqqət çəkən məqam parlament azlığına vəzifələrin verilməsidir. Müxalifətin parlamentdəki sayının fraksiya yaratmaq üçün belə kifayət etmədiyi halda, 15 komitədən birinin sədri müxalifət təmsilçisi olub. Həmçinin 4 partiya sədri komitə sədrinin müavini seçilib.
Mövzu ilə bağlı BUTA.TV-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, bu, parlamentdə müxtəlif rəylərin nəzərə alınması baxımından doğru yanaşmadır.
“Parlamentdə komitələrin mütləq əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasına məxsusdur. Parlamentdə müstəqil və müxalif deputatlar da olduğundan, onlar kənarda qalmayıb. Müstəqil və müxalifət deputatlar sədarətdə də təmsil olunublar. Parlamentdə müxtəlif rəylərin nəzərə alınması baxımından bu, doğru yanaşmadır. Gələcəkdə müxalifət fraksiyasının yaradılması parlamentdə sağlam polemikaya təkan verərdi”, - o əlavə edib.
- Sabah intensiv yağış yağacaq
- Tiflisə qatarla getmək istəyənlərə şad xəbər
- Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı
- Tbilisi qatarlarında sərnişin tutumu artırılır - Biletlər satışdadır
- Zəngilanda növbəti əmək yarmarkası: 80-dən çox vakansiya...
- Pensiyalar nə vaxt veriləcək?
- Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
- Mərdəkanda 16 yaşlı oğlan dənizdə batdı