Mehdiyevin qızı binanı 24 milyona sata bilmədi, ucuzlaşdı

21:52 - 27 Sentyabr 2024 - CƏMİYYƏT

 Mehdiyevin qızı binanı 24 milyona sata bilmədi, ucuzlaşdı

Bakı Oksford Məktəbinin müsadirə olunan binası sentyabr ayının 26-da açıq hərraca çıxarılıb.

BUTA.TV Yeniavaz.com -a istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən bina 3-cü dəfə təkrar hərraca çıxarılıb, lakin yenə satılmayıb.

Qeyd edək ki, bina ilk dəfə 29 iyul tarixində açıq hərraca çıxarılıb.

Məlumat üçün bildirək ki, ümumi sahəsi 18 min 972,2 kvadratmetr olan binanın ilkin start qiyməti 24 milyon 703 min manat olub. 27 avqust tarixində keçirilən 2-ci hərracda da binanın start qiyməti dəyişməz qalıb. Lakin 2-ci hərracda heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilmədiyi üçün hərrac baş tutmayıb və bu səbəbdən bina sentyabr ayının 26-da 3-cü dəfə 10% endirimlə – 22 milyon 232 min 700 manata təkrar hərraca çıxarılıb.
Oktyabr ayının 28-də keçirilməsi nəzərdə tutulan 4-cü hərracda bina 25% endirimlə təkrar hərraca çıxarılacaq. Belə ki, 28 oktyabr tarixində baş tutan hərracda binanın start qiyməti 18 milyon 527 min 250 manat olacaq.

Onu da qeyd edək ki, "Bakı Oksford Məktəbi”nin binası hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. Bakı Oksford Məktəbinin Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən binasının sahiblərindən biri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.

Binanın 2-ci sahibi isə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edir. Kamilə Əliyeva eyni zamanda sabiq millət vəkili İlham Əliyevin həyat yoldaşıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol