Rusiya BMT Təhlükəsizlik Şurasının İsrail və Hizbullahın deeskalasiya öhdəliklərini əks etdirən 1701 saylı qətnaməsinin hərtərəfli yerinə yetirilməsinə çağırır. Onu pozanlara qarşı sərt tədbirlər görülməlidir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz ardıcıl və dəyişməz olaraq həm İsrailin bütün hücum hərbi əməliyyatlarını dayandırmaq, silahlı qüvvələrini Livanın cənubundan çıxarmaq və Livan torpaqlarının işğalına son qoymaq, həm də Hizbullahın öhdəliklərini əks etdirən Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam və hərtərəfli yerinə yetirilməsi ehtiyacından çıxış edirik", - Lavrov qeyd edib.
Bu gün sözün əsl mənasında Beyrutun bombalanması əmri verildiyini qeyd edən Lavrov tərəfləri daha çox qan tökülməsinin qarşısını alacaq və siyasi-diplomatik həllə şərait yaradacaq addım atmağa və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Qeyd edək ki, ötən gün İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın və ailə üzvlərinin öldüyü haqda məlumat yayılıb. Məlumat rəsmən təsdiqlənməyib.
- Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
- Bu rayonların icra başçısı yoxdur
- Trampın Asiya turu: ABŞ bu ölkəni itirir
- İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?
- Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
- Eldar Əzizov Mehdiyevin xəyanətinə eyham vurdu
- Yeni dövlət yaranır: türk, yoxsa yəhudi kimliyi olacaq?
- DTX icra başçısını Mehdiyev işinə görə saxlayıb? - Şok
 
                