Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək

19:28 - 1 Oktyabr 2024 - GÜNDƏM

 Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək

Balakənin ucqar İtitala kəndində velisoped zolağı çəkilə bilər.

BUTA.TV xəbər verir ki, bu barədə Balakən Rayon İcra Hakimiyyəti başçısının İtitala kənd ərazi icra nümayəndəsi German Balayev Azərtac-a açıqlamasında deyib.

O, məktəblilərin və sakinlərin təhlükəsizlik zolağı ilə bağlı təkliflərindən xəbərdar olduqlarını bildirir:

“Uşaqların məktəbə velosipedlə gəlməsi təqdirəlayiq haldır. Həm vaxta qənaət olunur, həm də sağlamlıqdır. Ancaq son zamanlar yollarda maşınlar da çoxalıb. Ona görə də təhlükəsizlik baxımından yolun kənarlarında velosiped zolağı çəkməyi planlaşdırırıq. Növbəti ildə bununla bağlı müvafiq təşkilat və orqanlarla məsləhətləşmələr aparmaq istəyirik. Bu zolaqların olması velosiped sürənlərin təhlükəsizliyi üçün çox vacibdir”, - deyən kənd icra nümayəndəsi paytaxt Bakıda belə işlərin görülməsindən sonra onlarda da bu məsələnin aktuallaşdığını vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
COP29-da tarixi qərar qəbul olundu

Onun sözlərinə görə, kənd sakinlərinin velosipeddən istifadə etməyə üstünlük verməsi həm də havanın çirklənməsinin qarşısını alır.

Qeyd edək ki, İtitala kəndi ölkəmizdə ən çox velospedi olan yaşayış məntəqəsi kimi tanınır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol