AYNA-dan COP29 zolaqları ilə bağlı xəbərdarlıq

10:20 - 1 Noyabr 2024 - GÜNDƏM

 AYNA-dan COP29 zolaqları ilə bağlı xəbərdarlıq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən COP29-la əlaqədar daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə xüsusi hərəkət zolaqları təşkil olunub.

BUTA.TV xəbər verir ki, bu barədə AYNA tərəfindən məlumat verilib.

Bildirilib ki, 1 noyabr tarixindən 26 küçə və prospektdə - Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.

"Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur", - deyə məlumatda qeyd edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Qeyd edək ki, COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcəklər, eyni zamanda, onlara 3 bal yazılacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol