Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı - Video

14:21 - 4 İyul 2026 - GÜNDƏM

 Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı - Video

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 50 əcnəbi vətəndaş saxlanılıb.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Məlumata görə, kompleks tədbirlər nəticəsində Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları nəzarətə götürülüblər.

Hazırda saxlanılan şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər və onların deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.

Qeyd olunur ki, saxlanılan şəxslər hüquqi əsas olmadan Gürcüstanda yaşayıblar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol