Bakıda 90 yaşlı kişi turnikdən yıxılıb, öldü

11:09 - 4 İyul 2026 - GÜNDƏM

 Bakıda 90 yaşlı kişi turnikdən yıxılıb, öldü

Bakının Binəqədi rayonunda bədbəxt hadisə ölümə səbəb olub.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə M.Rəsulzadə qəsəbəsinin İlham Hacıyev küçəsində qeydə alınıb.

1936-cı il təvəllüdlü Tofiq Bəşir oğlu Rüstəmov yaşadığı evdə turnikdə məşq edərkən yıxılıb. Ağır xəsarətlər alan yaşlı kişi təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T.Rüstəmov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol