Səbail Rayon İcra Hakimiyyəti paytaxtın mərkəzində piyada yolunun gül dibçəkləri ilə məhdudlaşdırılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, qurumun mətbuat xidmətindən Trend-ə bildirilib ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsi aidiyyəti qurumun müvafiq icazə sənədi əsasında mövsümi ticarət fəaliyyəti göstərir.
İcra Hakimiyyətindən qeyd edilib ki, görülmüş müvafiq tədbirlər nəticəsində gül dibçəkləri ilə zəbt edilmiş ərazi əvvəlki vəziyyətinə qaytarılıb.
Qeyd edək ki, journalist Vyaçeslav Sapunov sosial şəbəkə hesabında Bakıda Əbdülkərim Əlizadə küçəsində (“Tarqovı” kimi tanınan ərazi) yerləşən piyada yolunun gül dibçəkləri vasitəsilə daraldıldığı, bunun da piyadaların hərəkətində çətinlik yaratdığı barədə fotolar paylaşıb.
- Rus ordusu daha iki kəndi işğal etdi
- Xamenei bütün müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırdı
- Psixoloq azyaşlı uşağa şiddət göstərdi - Video
- AB-nin qaz ehtiyatları kəskin azaldı
- Tramp Ayda bir obyektə adının verilməsini istəyir
- Retkliff Moskvada Zelenski-Putin görüşünü təklif edib
- Böyük fəlakət: Dünyaya trilyonlarla dollarlıq ziyan vurulacaq
- Kim Çen İn müdafiə nazirini vəzifəsindən azad etdi