Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə Bərdə-Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, adıçəkilən yolda 99 UA 251 dövlət nömrə nişanlı, "Renault Laguna" avtomobili hərəkət edərkən əks istiqamətdə olan QAZ markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıların üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
- 70 000 manatadək kredit - Komissiyasız
- Türkiyəli general Azərbaycan HDQ-də oldu
- Coratda 2 nəfər dənizdə batdı, biri qadındı
- “Sanatoriyada şüşə qırılıb 7 yaşlı oğlumun üzərinə töküldü, pul tələb etdilər” - Video
- Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
- Ağdamda ağır qəza: 6 nəfər...
- Evində yıxıldı, 4 gün sonra öldü
- Paşinyanın adı həmin siyahıdan çıxarıldı - Yenilənib