Azər Məmmədov Qobustanda vətəndaşları qəbul etdi

22:09 - 3 İyul 2026 - GÜNDƏM

 Azər Məmmədov Qobustanda vətəndaşları qəbul etdi

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Qobustan rayonunda vətəndaşları qəbul edib. Görüşdə Qobustan rayonu ilə yanaşı, Şamaxı, İsmayıllı və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən yeni yaşayış massivlərinin, fərdi yaşayış evlərinin qazlaşdırılması, qapı keçidlərinin quraşdırılması və işə qəbulla bağlı olub.

BUTA.TV xəbər verir ki, baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol