16 yaşadək uşaqlara sosial hesab açmağın qadağan edilməsi, 16-18 yaş aralığında olanlara isə valideyn nəzarəti altında icazə olduqca məqsədəuyğundur.
Bu sözləri BUTA.TV-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
“Valideyn övladını hər zaman uşaq kimi gördüyü üçün onun üzərində nəzarəti də bəzən ömrünün sonuna qədər davam edir. Bu, emosional və psixoloji davranış nümunəsidir. İstənilən halda nəzarət önəmlidir. Xüsusilə də mənəvi-etik davranışın formalaşdırılması, uşaqlara müsbət keyfiyyətlərin aşılanması və şəxsiyyətlərinin düzgün formalaşması baxımından bu, vacib amildir. Ailə burada əsas sosiallaşdırıcı rol oynayır. Yəni ailə mühiti uşağın tərbiyəsində və yetkinləşməsində çox mühüm təsirə malikdir. Təbii ki, yaş dövrü də burada öz sözünü deyir. Aydındır ki, internetdən istifadə imkanları genişdir və bu məhdudiyyətlər də müəyyən mənada şərtidir. Onların məqsədi uşaqlara öz hüquq və vəzifələrini öyrətmək, onlarda məsuliyyət hissini formalaşdırmaqdır”, - ekspert bildirib.
Psixoloq Nizami Orucovun fikrincə isə bu məsələni həm uşaqların təhlükəsizliyi, həm də inkişaf ehtiyacları baxımından qiymətləndirmək lazımdır:
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video - Yenilənib
“Dünyanın bir çox ölkəsində uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətlərinin tətbiqi müzakirə olunur. Bunun əsas məqsədi onların psixoloji inkişafını qorumaq və rəqəmsal risklərdən uzaq saxlamaqdır”.
Onun sözlərinə görə, 16 yaşadək uşaqların sosial platformalarda hesab yaratmasının məhdudlaşdırılması müsbət təsir göstərə bilər, çünki bu yaşda onlar emosiyalarını idarə etməyi, tənqidi düşünməyi və internetdə qarşılaşdıqları məlumatları düzgün qiymətləndirməyi hələ tam mənimsəməyiblər:
“Buna görə də kiberzorakılıq, manipulyasiya və zərərli məzmuna daha həssas olurlar. 16–18 yaşlı yeniyetmələr üçün valideyn icazəsinin nəzərdə tutulması faydalıdır. Həddindən artıq sərt nəzarət isə gizli hesabların açılmasına və valideyn-övlad münasibətlərində etimadın zəifləməsinə səbəb ola bilər. Bununla yanaşı, təkcə yaş məhdudiyyəti kifayət deyil. Uşaqların və valideynlərin rəqəmsal savadlılığının artırılması, təhlükəsiz internet istifadəsi ilə bağlı maarifləndirmə də vacibdir. Bu tədbirlər birlikdə tətbiq olunduğu halda uşaqların psixoloji sağlamlığının qorunmasına və internetdə daha təhlükəsiz davranış vərdişlərinin formalaşmasına töhfə verə bilər”.
- Bazarlarda 11-12 manata quzu əti... - Video
- Psixoloq: Nəzarət mütləqdir, ancaq etimad qorunmalıdır
- Bir aydır ki, körpü bu haldadır - Sakinlər çətin durumda+Video
- Argentina çətin qələbə ilə 1/8 finalda - Yenilənib+Video
- GM: Azərbaycan PUА sahəsində regional liderdir!
- Azərbaycanda ən populyar internet brauzeri...
- Anar Bayramovdan yeni - Təyinat
- Azər Məmmədov Qobustanda vətəndaşları qəbul etdi