Bakının Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar iyulun 5-7-də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu barədə BUTA.TV-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, məhdudiyyət səbəbindən 10, 14 və 18 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil ediləcək.
- Ötən ay metrodan 18 milyondan çox sərnişin istifadə etdi
- ADY Rusiya və İranla əməkdaşlığı müzakirə etdi
- Azərbaycan vətəndaşı Monteneqrodan ekstradisiya olundu
- İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
- Bəzi ərazilərdə qaz olmayacaq
- Bir həftədə təbiətə 211 min manatdan çox ziyan vuruldu
- 33 il sonra nəşi tapılan Mədinə Babayeva dəfn olundu
- Azərbaycanda 14 klinika cərimələndi