Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
“BUTA.TV” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, 6-9 iyul tarixlərində Yekaterinburqda keçiriləcək “İNNOPROM-2026” beynəlxalq sənaye sərgisində iştirak edəcək.
Məlumata görə, hökumət başçısının adı forumun spikerlərinin siyahısına daxil edilib.
Tədbirin iştirakçıları arasında həmçinin Rusiyanın hökumət başçısı Mixail Mişustin, Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov və Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyevin də olacağı bildirilir.
***
Nikol Paşinyanın adı “İNNOPROM-2026” sərgisinə dəvət olunan spikerlərin siyahısından çıxarılıb.
Əvvəlcə həm sərginin rəsmi saytında, həm də Rusiya mətbuatında Paşinyanın sərgidə iştirak edəcəyi qeyd olunsa da, sonradan Ermənistan Baş nazirinin adı tədbirin saytında əks olunmuş spikerlər siyahısından çıxarılıb.
Sərginin təşkilatçıları proqramdakı dəyişikliyi hələlik şərh etməyiblər.

- 70 000 manatadək kredit - Komissiyasız
- Türkiyəli general Azərbaycan HDQ-də oldu
- Coratda 2 nəfər dənizdə batdı, biri qadındı
- “Sanatoriyada şüşə qırılıb 7 yaşlı oğlumun üzərinə töküldü, pul tələb etdilər” - Video
- Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
- Ağdamda ağır qəza: 6 nəfər...
- Evində yıxıldı, 4 gün sonra öldü
- Paşinyanın adı həmin siyahıdan çıxarıldı - Yenilənib