Bakıda 11-22 noyabr tarixlərində keçirləcək COP29 tədbirləri zamanı paytaxtda sıxlığın qarşısını almaq üçün müəyyən addımlar atılır: artıq orta məktəblərdə bayram günləri də daxil olmaqla, 8 noyabrdan 24 noyabra qədər tətil elan edilib, ali məktəblərdə isə 14-22 noyabr tarixlərində tədris onlayn formada keçiriləcək. Eyni zamanda, COP29 zolaqları çəkilib, 11-13 noyabr tarixləri üçünsə bir çox yolların bağlanacağı rəsmən elan edilib.
BUTA.TV xəbər verir ki, sıxlığın qarşısını almaq üçün atılan addımlardan biri də rayonlardan həmin günlərdə Bakıya girişlərin məhdudlaşdırılması ilə bağlı təklifdir. Bir müddət öncə millət vəkili Fazil Mustafa belə bir qərarın mümkünlüyünə işarə etmişdi.
COP29 tədbirləri zamanı Bakıya girişdə hər hansı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulurmu? Və bu məhdudiyyət neçə gün ola bilər?
COP29 Azərbaycan Əməliyyat Şirkətinə mövzu ilə bağlı iki gündür verdiyimiz sorğu hələ də cavablandırılmayıb.
Xəbər yenilənəcək...
- II və III qruplar üzrə qəbul imtahanı keçirilir
- Naxçıvan reysində gecikmələr var - AZAL
- Azərbaycanda zəlzələ oldu
- AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər - Xəbərdarlıq
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Mbappe ilə Kasares arasında gərginlik - Video
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki