Dövlət Sərhəd Xidmətində (DSX) COP29-a hazırlıq işləri yekunlaşıb.
BUTA.TV xəbər verir ki, bunu Report-a DSX-nin Sərhəd Nəzarətinin rəisi general-leytenant Elşən Verdiyev deyib.
O bildirib ki, Dövlət Sərhəd Xidmətində COP29 ilə bağlı texniki, təchizat məsələləri artıq yekunlaşıb:
"Qoyulan tapşırıqları yerinə yetirməyə tam hazırıq. Bununla bağlı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də öz tapşırıqlarını verib".
E.Verdiyev əlavə edib ki, DSX-nin Sərhəd Nəzarətinin buraxılış məntəqələrindən daxil olan vətəndaşların, nəqliyyat vasitələrinin etibarlı sərhəd nəzarəti təmin edilir.
Onun sözlərinə görə, komandanlığın əsas vəzifələrindən biri də ölkəyə qanunsuz şəkildə gətirilən avadanlıqların, silahların, narkotik vasitələrin qarşısının alınmasıdır.
- II və III qruplar üzrə qəbul imtahanı keçirilir
- Naxçıvan reysində gecikmələr var - AZAL
- Azərbaycanda zəlzələ oldu
- AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər - Xəbərdarlıq
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Mbappe ilə Kasares arasında gərginlik - Video
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki