Gürcüstan müxalifəti uzunmüddətli aksiyalara hazırlaşır.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, ölkənin siyasətçiləri sosial şəbəkələr vasitəsilə əhaliyə müraciətlər ünvanlayırlar.
Dəyişikliklər Naminə Koalisiyasının lideri Nika Qvaramiya tərəfdaşlarına çadırların satılmasını xahiş edib:
“Kimdə orta və böyük çadırlar varsa, müraciət edin. Əgər onları bizə hədiyyə etsəniz, hətta satsanız da yenə də şad olarıq. Say məhdudiyyəti yoxdur”.
Müxalifətin davamlı aksiyalara hazırlaşdığını Güclü Gürcüstan Koalisiyasının rəhbəri Mamuka Xazaradze də təsdiqləyib.
Qeyd edək ki, Gürcüstan müxalifəti dünən növbəti mitinqin noyabrın 4-də keçiriləcəyini açıqlayıb.
- II və III qruplar üzrə qəbul imtahanı keçirilir
- Naxçıvan reysində gecikmələr var - AZAL
- Azərbaycanda zəlzələ oldu
- AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər - Xəbərdarlıq
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Mbappe ilə Kasares arasında gərginlik - Video
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki