Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, fiziki qüsurlu 57 yaşlı Akif Qəribovu döyərək öldürən şəxs saxlanılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, A.Qəribova küt alətlə ağır xəsarətlər yetirən onun həmkəndlisi 1974-cü il təvəllüdlü Eynulla Musayev polis tərəfindən saxlanılıb, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə oktyabrın 12-də baş verib. A.Qəribov bir müddət xəstəxanada müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, bu, E.Musayevin törətdiyi ilk qətl hadisəsi deyil. O, 2013-cü ildə onunla intim münasibətdən imtina edən həyat yoldaşı Şərqiyyə Musayevanın başını kəsərək qətlə yetirib. E.Musayev 2014-cü ilin yanvarında məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan mərhum edilib.
- II və III qruplar üzrə qəbul imtahanı keçirilir
- Naxçıvan reysində gecikmələr var - AZAL
- Azərbaycanda zəlzələ oldu
- AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər - Xəbərdarlıq
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Mbappe ilə Kasares arasında gərginlik - Video
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki