ABB uzunmüddətli tərəfdaşı olan Mastercard şirkəti ilə birgə Sustainability Sandbox Hakatonuna start verdiyini elan edib. Hakatonun məqsədi Azərbaycanın ev sahibliyi etdiyi COP29 dövründə iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verən fintek ideyalarının təqdim olunmasıdır.
Hakaton onlayn keçiriləcək, noyabrın 14-dən 18-dək davam edəcək. Qalib komandaya 10 000 ABŞ dolları məbləğində mükafat veriləcək. Komanda öz ideyalarını reallaşdırmaq üçün Mastercard-ın Sandbox xidmət platformasından faydalanmaq imkanı da qazanacaq. Belə ki, qalib startapçılara öz ideyalarını təcrübədən keçirmək üçün Mastercard-ın xüsusi məlumat bazasına çıxış imkanı yaradılacaq. İdeya özünü doğruldarsa, Mastercard onun geniş planda reallaşmasına dəstək verəcək.
İştirak üçün müraciətlərin qəbulu zamanı karbon emissiyalarının izlənməsi və ESG həllərinə xüsusi diqqət yetiriləcək.
İştirak etməkdə maraqlı olan startapçılar 6 noyabr tarixinə qədər bu linkdə qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün: [email protected]
Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.
- Deputatın öldüyü oteldə illər sonra daha bir ölüm...
- 19 mindən artıq hərbi vəzifəli toplanışlara cəlb edilib - Nazir
- Azad olunan ərazilərdə nə qədər yol bərpa edilib?
- Səfərdə bir kitabla başlayan gözəl anlar
- Sabiq məmur daha bir şadlıq sarayını aldı
- Bu işçilər ixtisara düşəndə 2800 manat müavinət alacaqlar
- “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
- Qusarda qadın kirayə yaşadığı evdə dəm qazından boğuldu