Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti dəqiqləşdirilmiş Qarayev Hidayət Nəsir oğlu Şuşada dəfn olunub.
BUTA.TV xəbər verir ki, Hidayət Qarayevlə vida mərasimi Yuxarı Gövhər Ağa məscidinin qarşısında keçirilib. Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.
Vida mərasimindən sonra Hidayət Qarayevin nəşi Şuşa şəhər məzarlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Qarayev Hidayət Nəsir oğlu 1927-ci ildə Şuşa şəhərində anadan olub. 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal olunan zaman itkin düşüb. Onun nəşinin qalıqları Xankəndi şəhəri ərazisində aşkarlanıb.
- II və III qruplar üzrə qəbul imtahanı keçirilir
- Naxçıvan reysində gecikmələr var - AZAL
- Azərbaycanda zəlzələ oldu
- AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər - Xəbərdarlıq
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Mbappe ilə Kasares arasında gərginlik - Video
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki