“Atəşgah məbədi” abidəsinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün işlərə başlanılıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.
Bu məqsədilə nominasiya sənədi hazırlanacaq.
Qeyd edək ki, hazırda “Atəşgah məbədi” UNESKO-nun müvvəqəti siyahısındadır. Ümumilikdə Azərbaycandan UNESKO-nun Ümumdünya İrs Siyahısında 5 obyekt, müvəqqəti siyahısında isə 10 obyekt var.
“Atəşgah məbədi” Abşeron yarımadasında, Suraxanı rayonunun, Suraxanı kəndi yaxınlığında yerləşir. Məbəd müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilib. "Alov evi" və ya "Alov yeri" anlamı verən bu məbəd XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilib.
Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Hər il muzeyi orta hesabla 145 min nəfər ziyarət edir.
1998-ci ildə Atəşgah UNESKO Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilib.
- TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv addım
- İlham Əliyev Ərdoğana zəng etdi
- Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama
- Fransada müəmmalı ölümlər: Makronun arvadının sirli işləri
- Şaranın Azərbaycan səfəri: Vacib olan məqamlar hansılardır?
- Şaranın Azərbaycana səfəri başa çatdı
- AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?
- İsrail və Suriya Bakıda danışıqlar keçirəcək