8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də silsilə tədbirlər keçirir. II Qarabağ müharibəsi iştirakçılarının mükafatlandırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nəqliyyat və Xüsusi Texnika İdarəsində xüsusi mərasim gerçəkləşib. Mükafatlandırma mərasimində 32 vətən müharibəsi iştirakçısına qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.
BUTA.TV xəbər verir ki, tədbirdə çıxış edən ADSEA-nın nümayəndələri və idarənin rəisi Samir Cəbrayılov qeyd ediblər ki, Azərbaycanın müstəqilliyi naminə vuruşan hər əsgər, qazi, vətən müharibəsi döyüşçüsü hər zaman ADSEA rəhbərliyi tərəfindən qürurla anılır və diqqətdə saxlanılır.
İdarənin əməkdaşları olan qazilər də çıxışlarında onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər. Vətənin inkişafı və parlaq gələcək naminə bundan sonra da səylə fəaliyyət göstərəcəklərini vurğulayıblar.
- Pezeşkian: Azərbaycan və İran bir bədənin hissələridir
- Zirəddindən qorxunc proqnoz: İstanbulu qırmızı görürəm...
- Pezeşkian Bakıya bu tarixdə gəlir – Təsdiqləndi
- Papanın tabutu Azərbaycan xalçası üzərindədir - Foto
- Fikrətoğlu müəmması: ARKA-dan getdi, yeni vəzifəsi...
- Bakının dəvətini müzakirə edəcəyik - Andreasyan
- Prezidentin Çin səfəri: 3 mühüm məsələ... - Ekspert
- Azərbaycan Çinlə elə bir saziş imzaladı ki...