BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə cari ilin 11-22 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkili məqsədilə “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
BUTA.TV xəbər verir ki, ASC üzrə Mərkəzi Qərargah, yerli struktur bölmələr üzrə işçi qrupları yaradılaraq, tədbirin keçiriləcəyi bütün məkanların, ölkəmizə gələcək nümayəndə heyətləri və qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulan mehmanxana, yaşayış kompleksləri və digər obyektlərin fasiləsiz, yüksək keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına dair operativ tədbirlər həyata keçirilir.
Həmçinin Azərişıq ASC və COP29 tədbirinin təşkilatı komitəsi arasında işlərin koordinasiyalı və yüksək səviyyədə təşkil edilməsi məqsədilə mərkəzi Qərargah və yerli sruktur bölmələrdən ibarət yaradılmış işçi qruplarının əlaqələndirilməsi təmin edilmişdir.
Bundan əlavə “Olimpiya Stadionu” yarımstansiyasının elektrik təchizatı sxemin yoxlanılması BMT-nin səlahiyyətli nümayəndələri və COP29 əməliyyat şirkətinin aidiyyəti əməkdaşlarının birgə iştirakı ilə təmin olunmuşdur. Həmçinin məsul əməkdaşların təlimatlandırılması, treyniqlər və əks-qəza məşqlərinin keçirilməsi təmin edilmişdir.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bakı şəhəri başda olmaqla bütün regionlarda əhalinin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün bütün qabaqlayıcı texniki və təşkilati tədbirlər həyata keçirilib. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün ölkə üzrə “199” Çağrı Mərkəzi və qəza xidmətləri fəaliyyətini gücləndirilmiş iş rejiminə uyğunlaşdırmışdır. Yarana biləcək hər hansı bir nasazlıq zamanı istehlakçılardan dərhal Azərişıq ASC-nin “199” Çağrı Mərkəzi, rəsmi “Facebook” və “İnstagram” səhifələrinə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou