Son zamanlar vətəndaşlar, işəgötürənlər, eləcə də tərəfdaş qurumlar tərəfindən TKTA-ya edilən müraciətlərə əsasən aparılan araşdırma nəticəsində məlum olub ki, bəzi şəhadətnamələr saxtalaşdırılır.
BUTA.TV xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyətin Təminatı Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" həyata keçirilir.
Sözügedən qaydalara əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması üçün tanınmanın həyata keçirilməsi zəruridir. Müraciətçinin sənədlərinin ekspertizasının nəticəsi müsbət qərarla yekunlaşdığı təqdirdə, tanınma şəhadətnaməsi müvafiq olaraq elektron şəkildə müraciətçinın şəxsi kabinetinə göndərilir.
"Təəssüflə qeyd etmək istərdik ki, saxta şəhadətnamə sahibləri dinlənildikdə, diplom tanınması üçün müəyyən vasitəçilərlə əməkdaşlıq etdikləri məlum olmuşdur. Bir daha diqqətinizə çatdırırıq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şəxslə, şirkətlə əməkdaşlıq etmir və bu kimi vasitəçilərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Qeyd edirik ki, sözügedən əməl Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır və TKTA öz növbəsində aşkarlanmış faktlar üzrə mütəmadi olaraq aidiyyəti qurumları məlumatlandırır", - deyə o qeyd edilib.
TKTA bu kimi halların qarşısını almaq məqsədilə müvafiq şəhadətnamələrin üzərində olan ştrix kodu (QR) skan edərək yoxlamaqla yanaşı, sözügedən sənədin əlavə olaraq https://edu.gov.az/az/yoxla keçidi vasitəsilə həqiqiliyinin təsdiqlənməsini tövsiyə edir.
- Qar yarım milyonluq sığorta zərərinə səbəb oldu
- Bu yolda sürət həddi endirildi
- AzTV-nin yaranmasından 70 il ötür
- Aeroport yolunda söküntü işləri başladı
- Almaniyada azərbaycanlılara belə münasibət göstərirlər...
- İlham Əliyev yerli kanallara müsahibə verdi - VİDEO
- Timur Mehdiyevlə bağlı şok məlumat: FHN-ə yox, bu nazirliyə müavin gedəcəkdi, amma...
- Aşıq Namiq: Erməni mahnısı oxumusan, toyda bığını qırxıblar