Yaşıl zonanın ümumi ərazisi 37,500 kvadratmetrdir. Bu ərazidə 56 pavilyon mövcuddur.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə COP29 Əməliyyat Şirkətinin Tərəfdaşlarla əlaqələr sektorunun rəhbəri Leyla Mahmudova deyib.
O qeyd edib ki, bundan başqa Yaşıl Zonada 4 konfrans otağı mövcuddur.
"Yaşıl zonanın əsas sakinləri xarici və yerli şirkətlər, QHT-lər, media və gənc qrupudur. Ayın 11-dən artıq Yaşıl Zona fəaliyyətə başlayacaq. Bu zonaya giriş tam açıq və sərbəstdir. Burada gündəlik proqramlar mövcud olacaq.
Mavi Zonada yerləşən Azərbaycan pavilyonunun əsas məzmunu Azərbaycanın dayanıqlıq mövzusunda gördüyü işlər və layihələr haqqındadır. Həmçinin, bu pavilyonda iki konfrans otağı olacaq", - deyə o bildirib.
- Bu ərazilərdə söküntü olacaq - Kompensasiya şərtləri: VİDEO
- Prezidentin nəvələri Çin lideri ilə görüşdü - FOTOLAR
- İcra başçıları postunun ləğvi bu səbəbdən ləngiyir
- İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi
- Netanyahu Bakıya səfər edəcək – Təcili
- Həmin varlı ailələrin qızlarını pomidorla qovarlar - İqtisadçıdan sərt sözlər
- İlham Əliyev Çin liderini Azərbaycana dəvət etdi
- Daha bir saxta həkim xəstəni öldürdü