Bakı yaxınlığında, Ələt Azad İqtisadi Zonasında tikiləcək yeni hava limanının bəzi detalları məlum olub.
BUTA.TV Fed.az-a istinadla xəbər verir ki, “Silk Way Group” şirkətlər qrupu COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının tikintisi layihəsini elan edib.
Şirkət bildirir ki, yeni hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək.
Eyni zamanda hava limanı layihəsində fərdi ekspeditor anbarlarının, tez xarab olan yüklər üçün terminalların və müasir ofis binalarının inşasını nəzərdə tutur.
Yeni yük hava limanı “Silk Way Group” tərəfindən yaradılmış “Silk Way Alat Free Economic Zone” şirkəti vasitəsilə fəaliyyət göstərəcək.
Layihənin əsas texnologiya tərəfdaşı Niderlandın “TKH Airport Solutions” şirkətidir. Yük hava limanının tikintisi 2026-cı ildə başa çatacaq. Yeni obyektlər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, geniş dəmir yolu və avtomobil qovşaqlarına, eləcə də yeni hava limanına çıxış əldə edəcək.
“Silk Way Group”un prezidenti Zaur Axundov Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının yaradılmasını ölkə tarixində mühüm bir mərhələ adlandırıb. “Silk Way Alat Free Economic Zone” şirkətinin baş direktoru Cavad Dbila da layihənin əhəmiyyətini qeyd edib.
“TKH Airport Solutions” şirkətinin baş direktoru Erik Velderman isə bildirib ki, “Silk Way” tərəfindən yeni CAT III kateqoriyalı yük hava limanı üçün “TKH Airport Solutions” və CEDD Aerodrom İşıqlandırma texnologiyasına üstünlük verilib.
Xatırladaq ki, “Silk Way Group” 2006-cı ildə yaradılıb və aviasiya yükdaşımaları üzrə Azərbaycanın aparıcı şirkətidir. 2019-cu ildə şirkət öz əməliyyatlarını 3 yerə ayıraraq yeni müəssisələr arasında bölüb: çoxyönlü yükdaşımalar təklif edən “Silk Way Airlines”, qlobal yükdaşımalar üzrə uçuşlar həyata keçirən “Silk Way West Airlines” və təyyarələrin təmir və texniki xidmətini təmin edən “Silk Way Technics”. Dünya üzrə bu şirkətlərdə 1700-dən artıq mütəxəssis çalışır.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir