Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyasına (MSK) yeni üzvlər seçilib.
BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, Komissiyanın əvvəlki üzvlərinin heç biri yeni tərkibdə təmsil olunmayıb.
Naxçıvan Ali Məclisinin qərarına əsasən, Orxan Bağırov, Asim Əliyev, Elşən Heydərli, Çingiz Həsənli, Ramil Orucəliyev, Məlahət Rüstəmova və Nicat Yaqubov MSK-nın yeni üzvləri təyin olunublar.
Qeyd edək ki, Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə bir müddət əvvəl vəfat edib. Komissiyanın digər üzvləri Xatirə İbrahimli, Arif Ağayev, Şamxal Məmmədov, Ceyran Quliyeva və Şəhla Şirəliyeva yeni tərkibdə təsdiq olunmayıb.
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı
- Ağdamda faciəvi şəkildə həlak olan ailənin - Fotosu