Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına - TÜRKSOY-a üzv dövlətlərin Aşqabadda keçirilən 41-ci toplantısında Aktau 2025-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilib.
BUTA.TV xəbər verir ki, tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Türkiyədən mədəniyyət sahəsinin nümayəndələri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
Görüşdə əsas diqqət türk mədəniyyətinin inkişafına və türk dövlətləri arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə yönəldilib. İştirakçılar türkdilli xalqların mədəni irsinin qorunub saxlanılması və populyarlaşdırılması istiqamətində birgə səylərin gücləndirilməsini müzakirə edərək qərarlar qəbul ediblər.
- Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...
- F-16-ların göyərtəsindən Bakı belə görünür - Video
- Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...
- Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov
- Prezidentdən hərbi paradla bağlı paylaşım - Video
- Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur
- Azərbaycanda Dövlət Bayrağı Günüdür
- İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov