Elmi ada görə ödəniş etmək - müasir təhsil və elm sistemində belə şey yoxdur. Adamın PHD-si olduğuna görə əlavə pul vermirlər. Elmə görə ödəniş elmi nəticəyə görədir.
BUTA.TV xəbər verir ki, bunu 2025-ci ilin dövlət büdcəsinin Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclasında müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Səmimi olaraq düşünürəm ki, 60 manatı 80 və ya 90 manat etsək, Azərbaycan elmi 20-30 faiz irəli getməyəcək. Bu ildən başlayaraq elmi nəticəsi olan 100-ə yaxın alimə əlavə ödənişlər etməyə başlamışıq. Bu prosesi genişləndirməyi düşünürük. Elmi adlar önəmlidir, amma alim olan şəxslərin elmi fəaliyyətləri maliyyələşməlidir. Biz elmi fəaliyyətin maliyyələşməsinin tərəfdarıyıq", - nazir qeyd edib.
- Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...
- F-16-ların göyərtəsindən Bakı belə görünür - Video
- Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...
- Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov
- Prezidentdən hərbi paradla bağlı paylaşım - Video
- Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur
- Azərbaycanda Dövlət Bayrağı Günüdür
- İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov