Bakıda keçirilən COP29-un əvvəlki COP-lardan fərqi nə oldu və nə ilə yadda qaldı?
BUTA.TV bununla bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz düşüncələrini təqdim edir:
1. İndiyədək iqlim dəyişikliyilə əlaqəli konfransların heç biri belə siyasi və diplomatik gərginliklə müşahidə olunmayıb.
Az qala bütün Avropanın açıq-aşkar boykot etdiyi, cəmi bir neçə Avropa ölkəsinin qatıldığı heç bir digər COP tədbiri olmayıb. Məhz bu baxımdan COP29 başlamazdan öncə nəinki heç bir nəticə olmayacağı, hətta böyük uğursuzluqla üzləşəcəyi haqda iddialar səslənirdi.
Amma COP29 böyük uğurla başa çatdı, buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan bu tədbirə ev sahibliyini üzərinə götürən andan hər şey, bütün siyasi və diplomatik təzyiqlər nöqtəsinə qədər hesablanıbmış.
Digər COP-lardan fərqli olaraq, inkişaf etmiş ölkələrin dominantlığı deyil, məhz Prezident İlham Əliyevin siyasi iradəsi və komandanın ağır əməyi COP29-da ciddi dönüş və tarixi nəticələr əldə olunmasında mühüm rol oynadı
2. Bəzi COP-larda növbədənkənar iclaslar olsa da, gecə saat 4-də Qlobal Razılaşma uğrunda “vuruşma” heç birində olmayıb.
Gecə saat 4-də hökumətin iki nazirinin - Muxtar Babayev və Ceyhun Bayramovun əldə olunan qlobal razılaşmanı ayaqüstə qeyd etmələri diqqət cəlb edən idi.
Düşünmək olar ki, bir neçə cəhddən sonra razılaşmanın son mətninin hazırlanması və ölkələrlə, nümayəndələrlə razılaşma proseduralarının yerinə yetirilməsi və nəhayət, razılaşmanın əldə olunmasında XİN-in diplomatları və ETSN komandası əsas rol oynayıb.
Güman ki, bütün COP29 təşkilatçılarının və könüllülərin, xüsusilə də COP29-un prezidenti Muxtar Babayev və XİN rəhbəri Ceyhun Bayramovun əməyi yüksək qiymətləndiriləcək.
Bununla belə, fikrimcə, hər iki nazirimiz artıq beynəlxalq təşkilatlarda və ya qlobal təşəbbüslərdə rəhbər vəzifələrdə fəaliyyət göstərmələri üçün də tam hazır olduqlarını göstərdilər;
3. Gərgin siyasi və diplomatik mühitə, qlobal iqlim platformasından çıxmağı hədəfləyən Trampın prezident seçilməsinin proseslərə mənfi təsir göstərməsinə baxmayaraq, COP29-da iqlim dəyişiklikləri ilə mübarizə üçün 300 milyard dollar öhdəlik və karbon kreditləri bazarının formalaşması ilə bağlı konkret razılıq indiyədək mahiyyəti üzrə 30 il davam edən müzakirələr fonunda əldə olunan ən böyük nəticələr hesab oluna bilər.
Əvvəlki COP-larda bu tip məsələlərlə bağlı yalnız konkret 100 milyardlıq nəticə olub, digər konkret nəticələr olmayıb;
4. Əvvəlki COP-larda bütün proseslər, beynəlxalq əməkdaşlıqlar əsasən inkişaf etmiş ölkələrin liderliyi altında qurulurdu. COP29-da diqqət cəlb edən məqam həm də inkişaf etməkdə olan ölkələrin liderliyinin önə çıxması oldu.
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər