Fransa şagirdlərin aksiyası: 5 mindən çox şəxs saxlanıldı
Fransada lisey şagirdlərinin etiraz aksiyaları zamanı polis 5000-dən çox şəxsi saxlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes məlumat verib.
Onun sözlərinə görə, yalnız oktyabrın 2-də 1747 nəfər saxlanılıb. Nazir həmin gün 735 təhsil müəssisəsində nümayiş keçirildiyini, 158 məktəbin isə zərər gördüyünü qeyd edib.
Lisey şagirdlərinin etirazları ötən həftə İl-de-Frans regionunda başlayıb və hazırda ölkənin digər bölgələrinə də yayılıb. Etirazçılar dərs yükünün çoxluğu, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.
“Köləlik zəncirimi qırmağa cəsarət edirəm” – 20 ilin müəllimi bu sözlərlə istefa verdi