Nəvələrim Çin dilində danışırlar - Putin
Foto
Rusiya Prezidenti Vladimir Putin Hindistanda keçirilən sammit zamanı Çin lideri Si Szinpinlə tərcüməçilər olmadan bir-birlərini necə başa düşdüklərindən danışıb.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, Putin bu barədə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sammit zamanı liderlərin tədbir sahibinin qarşısına çıxmazdan əvvəl gözlədikləri xüsusi yerdə Si Szinpinlə ikilikdə qalıblar.
“Maraqlıdır, bilirsinizmi? O və ya mən hər hansı bir söz deyən kimi, dillərimizi bilmədən və tərcüməçilər olmadan bir-birimizi sözsüz anlayırdıq. Buyurun, sizə bir nümunə: maneələr varmı? Xeyr, onlar yoxdur”, – Putin deyib.
Rusiya lideri təəssüf ki, hələ çincə danışmadığını, dostu və Çin Prezidenti Si Szinpinin də rus dilində danışmadığını qeyd edib.
Putin həmçinin nəvələrinin Çin dilində danışdığını və gələcəkdə babaları üçün tərcüməçi kimi çalışa biləcəklərini bildirib.
Nazirə sərt sual: Prezidentin qoyduğu hədəf niyə yerinə yetirilmir?