Suriya məsələsində İranın Türkiyə ilə fikir ayrılıqları və prosesə yanaşmadakı fərqlər qalmaqdadır.
BUTA.TV xəbər verir ki, İran xarici işlər naziri Abbas Arakçının Türkiyəyə səfəri və türkiyəli həmkarı Hakan Fidanla görüşməsi bu fikir ayrılıqlarını aradan qaldırmağa kifayət etməyib.
Türkiyə Suriya Prezidenti Bəşər Əsədin uzun müddətdir danışıqlardan yayınması və Ankaranın görüş təklifini qəbul etməməsindən sonra mövqeyini sərtləşdirib. Ankarada baş tutan görüşdə Hakan Fidan bunu həmkarı Abbas Arakçıya açıq şəkildə bildirdi: “Rejimin səmimi formada prosesdə iştirak etməməsi səhv idi. Münaqişələrin səbəbi 13 ildir ki, problemin həll olunmamasıdır”.
Görüşdən sonra “Əl-Ərəbi Əl-Cədid” nəşrinə açıqlama verən Abbas Arakçı isə hazırda Suriya böhranının yekun həllinə imkan yaratmaq üçün hazırlıq aparıldığını vurğulayıb. Buna baxmayaraq, o, Türkiyənin fərqli mövqe tutduğunu da etiraf edib:
Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI
“Tehran Türkiyə ilə mövcud fikir ayrılıqları ilə bağlı məsləhətləşmələrə və dialoq aparmağa çalışır”.
Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” qruplaşması Hələb və İdlibi ələ keçirdikdən sonra Həmaya hücum edib, hazırda Həmanın 8-ci kilometrliyində Suriya rejim qüvvələri ilə döyüşlər gedir.
Türkiyənin açıq şəkildə dəstəklədiyi Azad Suriya Ordusu (ASO) isə 8 ildir PKK-nın nəzarətində olan Tel-Rıfatı terrorçulardan təmizləyib. ASO-nun növbəti hədəfinin Menviç olacağı gözlənilir.
- Sabiq məmur daha bir şadlıq sarayını aldı
- Bu işçilər ixtisara düşəndə 2800 manat müavinət alacaqlar
- “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
- Qusarda qadın kirayə yaşadığı evdə dəm qazından boğuldu
- Sabah hava necə olacaq?
- 66 yaşında yüksək vəzifəyə təyin olundu - Foto
- Naxçıvanda bir ailənin 6 üzvü qazdan zəhərləndi: ölən var
- Məleykə Abbaszadə hansı məşhurun gəlini olub?